ABŞ-da yenilənmiş 100 dollar nominalında əskinas dövriyyəyə buraxılır.
AXEBER.COM RİA Novosti agentliyinə istinadən bu barədə məlumat verir.
Əskinasların hazırlanmasında saxtalaşmadan qorumaq üçün yeni, daha mükəmməl texnologiyalar istifadə olunub. Belə ki, əskinasın üzərində göy 3d-xətt, böyük 100 rəqəmi və mürəkkəbqabı, hansının üzərində rəngi dəyişən "azadlıq zəngi" yerləşdirilib.
Əskinasda dəyişməz Benjamin Franklinin portreti qalıb.
