Yerin milyardlarla "əkiz"i varmış

MARAQLI
19:42 22.03.2011
1753

Kəhkəşanda 2 milyarda yaxın planet var. Kosmik fəzadakı "Kepler" teleskopu vasitəsilə əldə olunmuş məlumatları təhlil edən astronomlar belə nəticəyə gəliblər.

2011-ci ilin fevralından bəri teleskop ulduzdların parlaqlığını müşahidə edərək Günəş sistemindən kənarda planetlər axtarır. Planet Günəşin diski orbitindən keçəndə çox qısa müddətə onun şüalanmasını azaldır. Belə "gözvurma"ları araşdıran alimlər planetin mövcudluğu ilə yanaşı, onu ölçüsü və öz oxu ətrafında fırlanma tezliyini də müəyyənləşdirirlər.

Beləliklə, elmə məlum olan ekzoplanetlər, yəni Günrəş sistemindən kənarda olan planetlərin sayı artıq 1235-ə çatıb.

Alimlərin fikrincə, Günəş sistemindən kənarda 50 milyarda yaxın planet var ki, onların 2 milyardı Kəhkəşandadır. Həmin planetlərin arasında isə artıq 12 səma cismininin Yerlə "əkiz" olduğu müəyyənləşib. //milli.az

 

OXŞAR XƏBƏRLƏR