Yevlax sakini torpaq üstündə həmkəndlisini güllələyib

Yevlax sakini torpaq üstündə həmkəndlisini güllələyib
HADİSƏ
08:46 24.07.2025
280
Yevlaxda qətl törədilib.

AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 7 radələrində Yevlax rayonu Malbinəsi kəndinin ərazisində qeydə alınıb.

Kənd sakini, 1957-ci il təvəllüdlü Əli Həsən oğlu Rəsulov, torpaq üstündə düşən münaqişə zəminində həmkəndlisi, 1985-ci il təvəllüdlü Ruslan Xanlar oğlu Mustafayevi ov tüfəngi ilə qətlə yetirib.

Ə. Rəsulovu polis saxlayaraq istintaqa təhvil verib.
OXŞAR XƏBƏRLƏR