Yevlax rayonunda ağır yol qəzası baş verib.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə Qaraməmmədli kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Mitsubishi" markalı minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində 3 nəfər hadisə yerində ölüb. Meyitlər tibbi ekspertizaya aparılıb. Onların kimlikləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.