Yevlaxda idarəetmədən çıxan maşın aşıb.
AZXEBER.COM Unikal-a istinadla xəbər verir ki, Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Yevlax rayonunun Aran qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib. "BMW" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza nəticəsində Mingəçevir Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinin həkimi Anar Gümayev yaralanaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.