Yığmamız çimərlik futboluna qələbəylə başladı

İDMAN
15:00 09.02.2012
1178

Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş Grand-Prix «Winter OBSL 2012» beynəlxalq turnirində çimərlik futbolu üzrə Azərbaycan milli komandası ilk oyununu keçirib. 

AZXEBER.COM-un məlumatına görə, Rusiyanın «Podvodnik» komandası ilə qarşılaşan millimiz 4:1 hesabı ilə qələbə qazanıb. Elvin Quliyev, Emin Kürdov və Zeynal Zeynalovun hərəyə bir dəfə fərqləndiyi oyunda bir avtoqol da qeydə alınıb. «Podvodnik»in üzvü Vladimir Poqorelov topu öz qapısından keçirib.

Qeyd edək ki, millimiz turnirdə növbəti oyununa bu gün çıxacaq. Saat 18:00-da başlayacaq qarşılaşmada millimizin rəqibi Rusiyanın ELMONT komandası olacaq.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR