Saatlı rayonunda yol-nəqliyyat qəzası baş verib.
Hadisə Rayon Polis Şöbəsinin qarşısında qeydə alınıb.
Belə ki, polis nəfəri olduğu deyilən Çingiz Yaqubov şöbənin qarşısından keçid zolağını keçmək istəyərkən "VAZ-2107” markalı avtomobil onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilk tibbi yardım aldıqdan sonra o, paytaxt Bakıya göndərilib.
Faktla bağlı araşdırma aparılır.
//Report