“Yolüstü” layihəsi Rusiyada mükafat qazandı - FOTOLAR

“Yolüstü” layihəsi Rusiyada mükafat qazandı - FOTOLAR
SOSİAL
22:00 19.05.2025
434
Azərbaycanın əsas avtomobil yollarında insanlara komfortlu xidmət təqdim edən "Yolüstü” layihəsi Rusiyada mükafat qazanıb.

Moskvada Beynəlxalq Ticarət Palatasında keçirilən "İşinin liderləri" beynəlxalq forumunda böyük uğura imza atan layihə keçmiş MDB ölkələri üzrə avtomagistral yollarda ən yaxşı turizm xidməti göstərən ilin uğurlu təşəbbüsü kimi mükafatlandırılıb. "Yolüstü” üçün mükafatı tədbirdə layihəni təmsil edən əməliyyat direktoru Qaşqay Mirzəzadə qəbul edib.

"Yolüstü” bu nailiyyəti ilə regionda avtomobil yolları boyunca keyfiyyətli və rahat turizm xidməti təqdim edən ilk yerli layihələrdən biri kimi tanınıb. 
Forum çərçivəsində müxtəlif ölkələrdən gələn nüfuzlu şirkətlər, ictimai xadimlər və biznes liderləri də müxtəlif ödüllərin sahibi olub. 

"İşinin liderləri” forumu, iqtisadi əməkdaşlığın gücləndirilməsi, biznes təcrübələrinin paylaşılması və beynəlxalq tərəfdaşlıqların formalaşdırılması məqsədilə hər il təşkil olunur. Tədbirdə bir çox ölkələrdən olan şirkətlər və fərdi sahibkarlar müxtəlif nominasiyalar üzrə təltif olunurlar.

 

 

 

 


OXŞAR XƏBƏRLƏR