Yumurtadan sonra kartof və soğan da ucuzlaşdı

MARAQLI
15:37 12.03.2011
1786
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında süni qiymət artımının qarşısının alınması məqsədilə monitorinq və araşdırmalarını davam etdirir.

Nazirlikdən verilən məlumata görə, son günlər aparılan monitorinqlər zamanı duru yağların 5-6%, şəkərin 4%-dək, şəkər tozunun 5-6%, yumurtanın 50%-dək, toyuq ətinin 15%-dək, süd məhsullarının isə 2-4% ucuzlaşması qeydə alınıb. 
Bundan başqa, kartofun 15%-dək, soğanın 10%-dək, sitrus meyvələrinin isə 15-20% ucuzlaşması müşahidə olunub.

OXŞAR XƏBƏRLƏR