Yunanıstanın "Panionios" klubunda çıxış edən Araz Abdullayev yerli mətbuatın diqqət mərkəzindədir. Adı çəkilən ölkənin media nümayəndələri "Neftçi"nin yetirməsinin oyununa toxunub: "Hücum xəttinin 3 futbolçusu Abdullayev, Şkempri və Kutsi gözəl oyun nümayiş etdirdilər. Abdullayev və Şkemprinin çıxışını isə xüsusi qeyd etmək lazımdır.Onlar rəqibi daim təzyiq altında saxladılar." Bu sözlər də Yunanıstan mətbuatının səhifələrində yer alıb.