Yunanıstanın paytaxtı Afina yaxınlığındakı bəzi kənd və qəsəbələrdə yaşayan minlərlə insan meşə yanğınları səbəbindən təxliyyə edilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, yanğınsöndürmə idarəsinin sözçüsü Vassilis Vatrakogiannis mətbuata verdiyi açıqlamada yanğının anormal isti hava şəraiti və güclü külək səbəbindən baş verdiyini deyib.
O bildirib ki, 24 saat ərzində baş vermiş 40 yanğından 33-ü söndürülüb, 7 bölgədə yanğın isə davam edir.
Qeyd edək ki, Yunanıstan təcili yardım xidmətləri bir neçə şəhərdə, o cümlədən tarixi Marafonda təxliyə əmri verib.
Cəmalə