Yunanıstanın baş nazirindən İrana reaksiya: "Vəziyyət çox narahatedicidir"

Yunanıstanın baş nazirindən İrana reaksiya: "Vəziyyət çox narahatedicidir"
DÜNYA
11:29 15.04.2024
115
Yunanıstanın baş naziri Kiriakos Mitsotakis İranın İsrailə hücumunu tənqid edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Mitsotakis hücumun yeni qığılcımlara səbəb olduğunu bildirib. 

Yunanıstanın baş naziri gərginliyin azaldılmasını istədiklərini vurğulayıb.

Sosial media hesabından açıqlama verən Mitsotakis hücumun Yunanıstan və Yaxın Şərqlə qonşu bölgələrdə yeni qığılcımlara səbəb olduğunu bildirib.

Mitsotakis bu məsələnin Yunanıstan Milli Təhlükəsizlik Hökuməti Şurasının fövqəladə iclasında müzakirə ediləcəyini və Yunanıstanın gərginliyin azaldılması üçün bütün səyləri dəstəkləyəcəyini qeyd edib.

Yunanıstanın baş naziri bəyan edib ki, o, dünən İranın İsrailə hücumunu qətiyyətlə pisləyib.

Ayşən
OXŞAR XƏBƏRLƏR