“Yuxumda mənə deyir, az qalıb gəlməyimə” - Mərhum aparıcının ölümündən xəbərsiz anası

“Yuxumda mənə deyir, az qalıb gəlməyimə” - Mərhum aparıcının ölümündən xəbərsiz anası
MAQAZİN
13:39 11.02.2019
11516
ARB TV-nin "Bu qədər" proqramında növbəti buraxılışında mərhum aparıcı Ceyran Nərimanın həyatından danışılıb.

AZXEBER.COM xəbər verir ki, aparıcının dostları və qohumları onunla bağlı xatirələrini danışıb:

Səkinə Əzimova - Bacısı: "Ailədə 5 uşaq idik. Ceyran bizim içimizdə fərqlənən uşaq olub. Öz gündəliyində proyektləri ilə bağlı yazılar yazırdı. Həmişə deyirdi, mən öz karyeramı quracam. Sinəsində şiş əmələ gəlmişdi. Həkim bizə dedi ki, əməliyyat olunmalıdır. Bilmirdik bunu Ceyrana necə deyək. Əməliyyat olunmaq istəmirdi. Güclə razı saldıq. Sonuncu ad günündən sonra başında möhkəm ağrılar olduğunu dedi. MRT etdirdik və məlum oldu ki, başında da şiş yaranıb. Səhhəti ilə əlaqədar zəif idi. Gözləyirdik biraz özünə gəlsin onu İrana aparaq. Ayın 4-ü İrana gedəcəkdik, amma o, məzara getdi. Üzü qibləyə uzandı, xırıldamadan can verməyə başladı. Anam indiyədək bilmir. Bəlkə də hiss edir".

Sevil Əzimova - Bacısı: "Ceyran dəcəl, kaprizli uşaq olmayıb. Hər addımına görə anamdan icazə alırdı. Qeyri-adi qız idi. Saf, pak idi, paxıllığı, kini yox idi. Ailə qurmaq həvəsi yox idi. İstəmirdi əməliyyat olunmaq, bircə anama görə razılaşdı. Süd vəzisindən əməliyyat olunandan sonra kompleks yaşayırdı. Ondan sonra qəti qərara gəldi ki, mən heç vaxt evlənməyəcəyəm. Anam onun xəstəyilini bilmədi. Bir müddət sonra kimyaterapiya müalicəsi qəbul etdi. Saçıları töküldü. Anamdan gizlədirdi, onun yanında yaylıq bağlayırdı. Bi dəfə anamın yanında başını açdı, anam onun keçəl olduğunu gördü. Soruşdu ki, Ceyran bu nədir? O da anama dedi ki, tamaşadakı roluma görə saçını qırxmışam. Anam da inandı.  Çoxdan idi təntənəli ad günü etmirdi. Mənə dedi ki, istəyirəm ad günü edəm, hiss edirəm ki, sonuncu ad günümdür. Ana mahnısı oxundu. Başını anamın dizlərinə qoydu. Elə bil ki, sağollaşırdı. Yanvarın 4-ü günorta saatları idi. Özü uzandı, bir nöqtəyə baxdı və can verməyə başladı".

İlham Əsədov - Əməkdar artist: "Onunla həmişə dalaşırdıq. Elə olurdu ki, bir müddət danışmırdıq, amma görüşəndə yenidən danışırdıq niyə dalaşdığımızın bəhsini artıq etmirdik. Hər il küsərdik, bircə rəhmətə getdiyi il dalaşmamışdıq. Ömrünün sonuna qədər anası bilmədi ki, Ceyran xərçəng xəstəliyindən əziyyət çəkir. Ceyran öz əbədi dünyasına köçdü. Əbədi dünyan mübarək olsun".

Gülçöhrə Abdullayeva - Rəfiqəsi: "Uzun zaman ayrı düşmüşdük. Bacım dünyasını dəyişdi, onun da adı Ceyran idi. Bacımın üçünə gələndə mənə dedi ki, adaşım getdi, amma sənin bacın mənim bacım. Bacımdan sonra meylimi ona saldım. Bir dəfə gəlib mənə dedi ki, istəyirəm özümə ad günü keçirəm. Gözləri doldu. Deyəsən adaşımın yanana gedirəm, dedi".

Mirxanım Əzimova - Anası: "Başına dönüm, sənin yolunu səbirsizliklə gözələyirəm, ay Ceyran, tez gəl. Yuxumda görürəm onu. Mənə deyir, az qalıb gəlməyimə. Çox darıxıram onunçün".
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gəncədə avtomobil 3 piyadanı vurub
23:57 18.03.2025
Gəncədə avtomobil 3 piyadanı vurub
Şəkidə 4 otaqlı yaşayış evi yanıb
23:42 18.03.2025
Şəkidə 4 otaqlı yaşayış evi yanıb
DYP bayramla bağlı gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
23:38 18.03.2025
DYP bayramla bağlı gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
Prezident və birinci xanımın Ağdərəyə səfərinin görüntüləri sosial şəbəkələrdə paylaşılıb
23:26 18.03.2025
Prezident və birinci xanımın Ağdərəyə səfərinin görüntüləri sosial şəbəkələrdə paylaşılıb
Lənkəranda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs polisə təslim olub
23:18 18.03.2025
Lənkəranda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs polisə təslim olub
Zelenskidən Trampla Putinin söhbətindən sonra açıqlama
23:04 18.03.2025
Zelenskidən Trampla Putinin söhbətindən sonra açıqlama
Plastik əməliyyatdan sonra ölən Rəvanənin ailəsi DANIŞDI: "Həkim gəlmədi, köməkçisini göndərdi"
22:54 18.03.2025
Plastik əməliyyatdan sonra ölən Rəvanənin ailəsi DANIŞDI: "Həkim gəlmədi, köməkçisini göndərdi"
Moskva və Vaşinqton Rusiya – Ukrayna münaqişəsinin həlli üçün Yaxın Şərqdə danışıqlara başlayır
22:45 18.03.2025
Moskva və Vaşinqton Rusiya – Ukrayna münaqişəsinin həlli üçün Yaxın Şərqdə danışıqlara başlayır
"Qalatasaray" klubunun sabiq futbolçusu karyerasını başa vurdu
22:27 18.03.2025
"Qalatasaray" klubunun sabiq futbolçusu karyerasını başa vurdu
Putin Ukrayna ilə enerji obyektlərinə qarşılıqlı olaraq 30 gündə zərbələrdən imtina etməyi dəstəkləyib
22:15 18.03.2025
Putin Ukrayna ilə enerji obyektlərinə qarşılıqlı olaraq 30 gündə zərbələrdən imtina etməyi dəstəkləyib
Sumqayıtda yol qəzası baş verib, üç nəfər xəsarət alıb
22:06 18.03.2025
Sumqayıtda yol qəzası baş verib, üç nəfər xəsarət alıb
Füzulidə İlaxır çərşənbənin tonqalı alovlandırılıb
21:56 18.03.2025
Füzulidə İlaxır çərşənbənin tonqalı alovlandırılıb
İran hökuməti Urmiyada Novruz bayramı şənliyi keçirilməsinə icazə verməyib
21:36 18.03.2025
İran hökuməti Urmiyada Novruz bayramı şənliyi keçirilməsinə icazə verməyib
Şabranda traktor minik maşını ilə toqquşub, ölən və yaralananlar var - FOTOLAR
21:21 18.03.2025
Şabranda traktor minik maşını ilə toqquşub, ölən və yaralananlar var - FOTOLAR
Rusiyada helikopter qəzaya uğrayıb, ekipaj ölüb
21:18 18.03.2025
Rusiyada helikopter qəzaya uğrayıb, ekipaj ölüb
Leyla Əliyeva Qubada şəhid övladları ilə birgə Novruz şənliyində iştirak edib - FOTOLAR
21:09 18.03.2025
Leyla Əliyeva Qubada şəhid övladları ilə birgə Novruz şənliyində iştirak edib - FOTOLAR