Yuxusuz qalan developerlər arasında qaliblər bəlli oldu

İQTİSADİYYAT
12:04 14.05.2018
4163

Dünyada kifayət qədər nüfuzlu yarışma kimi qəbul olunan Hackathon layihəsinin Azərbaycan üzrə qalibləri bəlli olub.

AZXEBER.COM xəbər verir ki, "Azercell Telekom" MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin uğurla reallaşdırdığı və PAŞA Bank-ın dəstək verdiyi daha bir təlim və yarış xarakterli layihənin qalibləri aşağıdakılardır: I yer - "Dev Adamlar", II yer - "Brogrammers", III yer - "Web's Dragons".

Qaliblər Azercell,  Barama Mərkəzi və PAŞA Bank tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılıb.

 

Proqramçıların marafonu hesab edilən "Hackathon" yarışı Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə artıq ənənə halını alaraq 5-ci dəfə baş tutur. Layihədə iştirak edən proqramçılar komanda şəklində müəyyən bir mövzu ilə bağlı məhdud zaman çərçivəsində rəqəmsal resurslar hazırlayır. Developerlərə təqdim olunan bu dəfəki mövzu – Azercell müştərilərinə, onların cihazlarının təmir statusu barədə SMS və platform-daxili bildirişlərlə xəbər verən müstəqil platformanın yaradılması olub. 14 komandanın mübarizə apardığı yarışma 36 saat davam edib.

Layihə çərçivəsində tədbirin Media dəstəyi  technote.az portalı və Barama Media, komandaların qidalanması isə Özsut restoranlar şəbəkəsi tərəfindən təmin edilib. Müsabiqə iştirakçıları Paşa Sığorta tərəfidnən yarış müddəti ərzində təcili tibbi yardım xidməti ilə də təmin edilmişdilər.

OXŞAR XƏBƏRLƏR