Zaha yenidən İngiltərəyə qayıda bilər - Əvvəlki klubu təklif göndərdi

Zaha yenidən İngiltərəyə qayıda bilər - Əvvəlki klubu təklif göndərdi
DÜNYA
11:46 08.08.2024
111
"Qalatasaray"ın hücumçusu Vilfred Zaha yenidən İngiltərəyə qayıda bilər.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Kristal Pelas" 8 mövsüm klubun şərəfini qorumuş futbolçunu icarəyə götürmək arzusundadır.

İngiltərə klubu futbolçunun maaşını da olduğu kimi ödəməyə hazırdır. 

Ötən mövsüm "Cimbom" formasıyla 43 rəsmi oyunda çıxış edən Zaha 10 qolun altına imzasını atmış, 5 məhsuldar ötürmə ilə yadda qalmışdı.
 
Məryəm
OXŞAR XƏBƏRLƏR