Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin komandanını işdən çıxarıb

Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin komandanını işdən çıxarıb
SOSİAL
16:45 25.01.2017
883

 

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı ehtiyata buraxılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, polkovnik və ona bərabər hərbi rütbədə olan zabitlər üçün həqiqi hərbi xidmətdə olmağının son yaş həddi qanunvericiliklə 53 yaş müəyyən edilib.

Hərbi Dəniz Qüvvələri Komandanı vəzifələrini icra edən 1-ci dərəcəli kapitan, 57 yaşlı Hicran Rüstəmzadə "Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin "b” bəndinə əsasən (yaşa görə), müdafiə nazirinin müvafiq əmri ilə ehtiyata buraxılıb.


OXŞAR XƏBƏRLƏR