Zaqatalada iki avtomobil toqquşub, bir nəfər xəsarət alıb

Zaqatalada iki avtomobil toqquşub, bir nəfər xəsarət alıb
HADİSƏ
23:12 14.07.2025
229
Zaqatalada minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.

Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 109-cu kilometrliyində, Zaqatala rayonunun Lahıc kəndi ərazisindən keçən hissəsində baş verib.

1998-ci il təvəllüdlü Zaqatala rayonu Bəhmətli kənd sakini Rəvan Vasif oğlu Muradovun idarə etdiyi "Nissan” markalı minik avtomobili ilə 1998-ci il təvəllüdlü Zaqatala rayonu Muxax kənd sakini Oruc Arif oğlu Abdullayevin idarə etdiyi "VAZ 2106” markalı avtomobil toqquşub.

Qəza zamanı "VAZ 2106” markalı avtomobildə olan sərnişin, 2007-ci il təvəllüdlü Zaqatala rayonu Muxax kənd sakini Əhməd Rövşən oğlu Həsilov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
 
/APA
OXŞAR XƏBƏRLƏR