Zaur Baxşəliyev öz yalanlarından danışdı

MAQAZİN
11:55 26.01.2013
5345
"Uşaq vaxtı məsuliyyətdən qaçmaq üçün və ya diqqəti özümə cəlb etmək üçün mən tez-tez özümü huşsuzluğa vururdum".
AZXEBER.COM-un Day.Az-a istinadən verdiyi xəbərə görə, bu barədə teleaparıcı Zaur Baxşəliyev ATV telekanalının "Ümid var" verilişinə bildirib."Hətta qəsdən ağzımı köpükləndirirdim və yerə yıxılırdım. Epilepsiya tutması görüntüsü yaradırdım. Əvvəl-əvvəl buna inanırdılar. Sonra da belə edəndə anam belə dedi: "Yaxşı, öl. Ona toxunmayın, qoyun ölsün!" Görəndə ki, heç kim başıma yığışmır, sakitcə durdum və getdim öz otağıma. Bir də belə metoda əl atmadım", - o əlavə edib.Aparıcı onu da deyib ki, uşaqlıqda kitaba qarşı sevgisinə görə hətta onları oğurlayırdı.

OXŞAR XƏBƏRLƏR