Zelenski: “ABŞ Ukraynaya bu il 24 milyard dollardan çox hərbi yardım ayırıb”

Zelenski: “ABŞ Ukraynaya bu il 24 milyard dollardan çox hərbi yardım ayırıb”
DÜNYA
18:15 28.12.2023
183
2023-cü ildə Ukrayna ABŞ-dan 24 milyard dollardan çox hərbi yardım alıb.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X” sosial şəbəkəsində yazıb.

"Bu il ərzində ABŞ ölkəmizə 24 milyard dollar məbləğindən çox 34 hərbi yardım paketi ayırıb”, - o qeyd edib.

Bildirib ki, gələcəkdə ABŞ-dən qətiyyətli addımlara ümid edirlər.

Dövlət Departamentinin məlumatına görə, ABŞ yardımının ümumi məbləği 44,3 milyard dollardır.
 

OXŞAR XƏBƏRLƏR