Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin fevralın əvvəlindən bəri ümumilikdə 15 Rusiya hərbi təyyarəsini vurduğunu iddia edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ukrayna lideri bəyan edib ki, nə qədər çox imkanlara malik olsalar, Rusiyanın nəzarətində olan bölgələrdə logistikanı məhv etməklə bir o qədər çox insan həyatını xilas edəcəklər.
"Təkcə bu həftə biz 7 Rusiya hərbi təyyarəsini vura bildik”, - deyə Zelenski bildirib.
Zelenski izah edib ki, Ukrayna ordusu hücumlara qarşı müqavimət göstərib və ciddi artilleriya çatışmazlığına baxmayaraq mövqelərini qoruyub.
Ayşən