Zelenski ilə Şarl Mişel arasında telefon danışığı oldu

Zelenski ilə Şarl Mişel arasında telefon danışığı oldu
DÜNYA
22:17 24.01.2022
446
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.

AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, söhbət zamanı əsas diqqət Ukrayna ətrafında vəziyyətin deeskalasiyası üçün beynəlxalq siyasi və diplomatik səylərin əlaqələndirilməsinə yönəldilib.

V.Zelenski hazırkı vəziyyətdə daxili iqtisadiyyatın sabit inkişafının təmin edilməsinin vacibliyini vurğulayıb. O, bununla bağlı 1,2 milyard avro məbləğində makromaliyyə yardımının ayrılması ilə bağlı vaxtında qərar verdiyinə görə Avropa İttifaqına təşəkkür edib.

Liderlər 2022-ci il üçün Ukrayna və Avropa İttifaqı arasında gələcək dialoqa dair mövqeləri də razılaşdırıblar.
OXŞAR XƏBƏRLƏR