Zelenski: “Rusiya ilə müharibəni dayandırmaq üçün bizə təzyiq yoxdur”

Zelenski: “Rusiya ilə müharibəni dayandırmaq üçün bizə təzyiq yoxdur”
DÜNYA
11:35 11.01.2024
132
Zelenski müttəfiq ölkələrin təzyiqi altında olmadıqlarını bildirib. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, NATO-ya üzv olmaq istədiklərini deyən Ukrayna lideri "Bu il həlledici olacaq” mesajını verib.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə mübarizəni davam etdirəcəklərinə işarə edib.

"İndi biz ədalətli sülhə nail ola biləcəyimizi sübut etməliyik”, - deyə Zelenski bildirib. 

Rusiya ilə davam edən müharibəyə toxunan Zelenski müharibəni dayandırmaq üçün müttəfiq ölkələrdən onlara təzyiq edilmədiklərini açıqlayıb.

Zelenski həmçinin ölkəsinin müasir hava hücumundan müdafiə sisteminin olmadığını izah edib və bunun onların ən böyük çatışmazlığı olduğunu vurğulayıb.

Ayşən
OXŞAR XƏBƏRLƏR