Zelenski: "Ukraynanın Rusiya ilə danışıqlardan çıxmasının bir neçə səbəbi ola bilər"

Zelenski: "Ukraynanın Rusiya ilə danışıqlardan çıxmasının bir neçə səbəbi ola bilər"
DÜNYA
21:17 23.04.2022
484
Ukraynanın Rusiya ilə danışıqlardan çıxmasının bir neçə səbəbi ola bilər.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev metrosunun stansiyalarından birində keçirdiyi mətbuat konfransında danışıb.

"Mariupolda insanlar məhv edilərsə, Ukraynanın hər hansı işğal olunmuş ərazilərində referendum elan olunarsa, istənilən danışıqlardan geri çəkiləcəyik. Amma oradakı insanlar bunu bilməli və onlara kömək etməməlidirlər. Bu, Rusiya tərəfindən atılan yanlış addımdır və əvvəlki danışıqların uydurma və sadəcə çox pis aktyorların olduğu bir teatr olduğunu deməyə əsas verir”, - Zelenski bildirib.
OXŞAR XƏBƏRLƏR