Zəlzələ bölgəsinə yardım aparan 35 tələbə həbs olundu

DÜNYA
14:15 23.08.2012
1540
İranın Şərqi Azərbaycan əyalətinə - zəlzələ bölgəsinə humanitar yardım aparan 35 tələbə tutulub.
“Media forum” saytının məlumatına görə, əksəriyyəti azərbaycanlı olan tələbələri hüquq mühafizə qüvvələri və ETTELAAT əməkdaşları avqustun 21-də tutaraq bilinməz istiqamətə aparıblar. Humanitar yardım isə müsadirə edilərək “Sepah”ın bölgədəki qüvvələrinin anbarına yığılıb.Avqustun 11-də Şərqi Azərbaycan əyalətində baş vermiş 6,3 bal gücündə zəlzələdə 200-dən çox kənd tamamilə dağılıb. Rəsmi məlumata görə, 350 nəfərdən çox insan həlak olub, minlərlə adam ağır yaralanıb

OXŞAR XƏBƏRLƏR