Ziyalılar Forumunun qurucularından olan yazıçı, kino xadimi Rüstəm İbrahimbəyov dünən “Media forum” saytına deyib ki, qurumun növbəti toplantısı fevralın 1-də keçiriləcək.
R.İbrahimbəyov qeyd edib ki, toplantıda gənclərin problemləri haqda söhbət gedəcək: “Biz toplantını Bakının ”Hilton" hotelində keçirmək istəyirdik. İlkin razılaşmamız da olmuşdu. Ancaq hotel rəsmiləri müxtəlif əsaslar gətirərək razılaşmadan geri çəkildilər. Ona görə də toplantını mənim İçərişəhərdəki evimdə keçirəcəyik. Toplantı saat 15-də başlayacaq".