"Özlərini müğənni adlandıran bəzi insanlar efirləri zəbt edib" - Leyla dilə gəldi

"Özlərini müğənni adlandıran bəzi insanlar efirləri zəbt edib" - Leyla dilə gəldi
MAQAZİN
15:21 26.11.2025
113
 
Müğənni Leyla Rəhimova son günlər musiqi aləmində müşahidə olunan vəziyyətlə bağlı sosial şəbəkədə sərt tənqidlərini bildirib.
 
AZXEBER.COM xəbər verir ki, sənətçi efirlərdə yüngül həyat tərzi ilə tanınan və özünü müğənni kimi təqdim edən şəxslərin artan populyarlığından narahat olduğunu vurğulayıb.

Rəhimova qeyd edib ki, bu şəxslərin böyük əksəriyyəti peşəkar ifa bacarığına malik olmasa da, televiziya verilişlərində və sosial mediada geniş şəkildə yer alırlar:

"Son günlər özlərini müğənni adlandıran bəzi insanların efirləri zəbt edib, virus kimi yayılıb söhbət həll edirlər. Ən dəhşətlisi də budur ki, heç biri oxuya bilmir, amma sənətdən, səsdən, reytinqdən danışırlar. Hərəkətlərini də bilmirlər. Axırımız hara gedir?”
 
Aysel
OXŞAR XƏBƏRLƏR