Zorlanaraq öldürülən 5 yaşlı qızın kimliyi 22 il sonra məlum oldu

MARAQLI
15:56 11.10.2013
1686

ABŞ-ın Nyu York ştatında zorlanaraq öldürülən qızın kimliyi 22 il sonra məlum olub. 

AZXEBER.COM-un xarici mətbuata istinadən verdiyi məlumata görə, 1991-ci ildə cinsi istismara məruz qalıb, işgəncə ilə öldürülən 5 yaşlı qızın adı Angelica Ramirezdir. Qeyd edək ki, qızın cəsədi polis tərəfindən anbar-soyuducuda tapılıb. Polisin axtarışı nəticəsində qızın anası tapılıb. Cinayətin qızın atası tərəfindən törədilməsi ehtimal olunur. Bu səbəbdən anasının qorxudan polisə açıqlama bildirmədiyi ortaya çıxıb.  Şübhəlinin Meksika, yaxud da Nyu Yorkda yaşadığı güman edilir.

OXŞAR XƏBƏRLƏR