Üzünü göstərmir, kimliyini də demir, amma 300 manata onlayn fala baxır

Üzünü göstərmir, kimliyini də demir, amma 300 manata onlayn fala baxır
SOSİAL
20:59 23.02.2017
1087

 

Falçılar indi də sosial şəbəkələrdə baxıcılıq edir. Hətta üzləri görünməyən belə kələkbazlara xeyli miqdarda pul ödəyib "xidmətlər"inin qurbanına çevrilənlər də var.

"Baxıcı ghofri" təxəllüsü ilə instaqram sosial şəbəkəsində məşhurlaşan şəxsin 12 minə yaxın izləyəni var. Onlardan birinin vatsap nömrəmizə daxil olan şikayəti əsasında məsələni araşdırmağa başladıq. Həyat yoldaşı ilə problemləri olan qadın kimi onun "istedadına" ehtiyacımız olduğunu bildirdik.

Az məlumatdan sonra cadu edildiyini və düyünü açmadığı təqdirdə münasibətin boşanma ilə yekunlaşacağını dedi. Bu yaxşılığının bizə 300 manata başa gələcəyini açıqladı.

Özünü Naxçıvanda yaşayan şəxs kimi qələmə verən falçı, münasibət irəlilədikcə qiymətlərini açıqladı. Sosial problemlərlə bağlı onlayn falına baxdıran şəxs 30 manatından, cadunu pozdurmaq istəyən isə 300 manatından keçməlidir. Cadu dərin olduğu halda qiymət də artır. Subay qızların falına isə 50 manata baxır.

O, bu işi o qədər  irəlilədib ki, hətta bankda hesab nömrəsi də açdırıb. Özünü sığortalamaq üçün hesaba pul yatmadan heç kimin falına baxmır. Ödəniş qəbzinin şəkilini ona göndərdikdən sonra cəfəngiyatlarını və boş praqnozlarını yazmağa başlayır.

Türkiyədən, İrandan, Rusiyadan daimi müştərilərinin olduğunu deyən şəxs, özünə heç bir falçını rəqib görmür. İctimai qınaq olduğundan falçılığın onlayn formada həyata keçirməyin daha təhlükəsiz olduğunu deyir.

 

Baxmayaraq ki, nə kimliyini açıqlayır, nə də üzünü göstərir. 12 minə yaxın izləyici varsa, deməli, kifayət qədər ona inanan və "xidmətindən" istifadə edənlər var.

Teoloqlar insanların aldadılması, hislərinin şantaj edilməsi, insanı haqq yolundan uzaqlaşdıran hər növ metod, üslubun din müstəvisində qəbul edilmədiyini bildirirlər.  

Ancaq müasir rabitə vasitələrindən istifadə edən belə insanların fəaliyyəti təkcə dini zəmində qəbuledilməz deyil. Gələcəyi gördüyünü iddia edən şəxsin saxta profillə müraciət etdiyimizi anlamaması da onun dələduzdan başqası olmadığını göstərir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib