02:26 Bazar Günü, 23 Fevral 2020
Bütün Xəbərlər

Hayal Estetikanın Bakıya gətirdiyi avropalı həkim-kosmetoloqlardan xanımlarımıza məsləhət -VİDEO + FOTOLAR

10:00, 21.09.20165655
Hayal Estetikanın Bakıya gətirdiyi avropalı həkim-kosmetoloqlardan xanımlarımıza məsləhət -VİDEO + FOTOLAR

Azərbaycanlı həkim-kosmetoloqlara avropalı həmkarlarından tövsiyə: “Pasiyentlərinizə keyfiyyətli dolğulardan istifadə edin”

“Pasiyentlərinizə keyfiyyətli dolğulardan istifadə edin və onlara cavanlıqlarını qorumaq üçün sağlam həyat tərzi keçirməyin vacibliyini bildirin” – Sevilya Universitetinin biokimya kursunun direktoru Professor Antonio Ayala azərbaycanlı həkim-kosmetoloqlara belə müraciət edib.

Hayal Estetika və Məsləhətçilik şirkətinin Azərbaycanda ilk dəfə keçirdiyi nanotexnologiya əsaslı innovativ dolğulara həsr edilmiş konfransda yaşlanmanın kimyasından danışan avropalı alim dərinin tərkibindəki nəmliyi saxlayan təbii məhsullarla gənclik təravətini uzun müddət saxlamaq mümkün olduğunu deyib.

Konfransa dəvət edilmiş digər spikerlər - İspaniya Anti-Age Tibbi Assosiyasinin – SEMAL-ın prezidenti Dr. Xose Serres, JBP-V-LİFT Pro şirkətinin elmi rəhbəri Dr.İsidro Rebelo, JBP Avropa ofisinin bashchisi ve beynelxalq spikeri Dr.Vicenta Llorca müasir kosmetik tibbdə istifadə edilən nanotexnologiya əsaslı dolğulardan, bədənin müxtəlif hissələrinə tətbiq edilən dolğuların fərqlərindən danışıblar. 

Dünyada ilk və yeganə nanotexnologiya əsaslı dolğu olan Yapon istehsallı JBP-nanolink dolğularının üstünlüklərinə diqqət çəkən avropalı alim-həkimlər cərahiyyə müdaxiləsi olmadan estetik əməliyyat etmək üçün JBP-nanolinklərin ideal vasitə olduğunu qeyd ediblər. Həm də Avropada tanınmış estetik klinikaların rəhbərləri olan mütəxəssislər öz təcrübələrində bu dolğulardan necə istifadə etdiklərini azərbaycanlı həmkarlarına nümayiş etdiriblər.

JBP Nanolink dolğularının Azərbaycanda rəsmi təmsilçisi olan Hayal Estetika və Məsləhətçilik şirkətinin içraçı direktoru Aynur Saqiyeva bildirib ki, dunyada Top 4-də yer alan, ilk ve tek nano texnologiya əsasında hazırlanan, 100% güvənli Yapon dolğularından istifadə etməklə təbii gözəlliyinizi qorumuş olacaqsınız. JBP Nanolink dolğuularının fərqi isə digər təbii dolğulara nisbətən daha uzun müddət qalmasıdır.

Məşhur hekim-kosmetoloq Aytən Mirzəliyeva isə bizimlə öz fikirlərini bölüşərək deyib : Gözlər qəlbin aynasıdır. Gözaltı qaralıq, batıqlıq aynaya baxdıqda bizi hər zaman narahat edir. JBP Nanolink Fine Dolğusu ilə göz altı qaralığına son qoyulacaq! Əziz xanımlar, siz də hər zaman işıq saşmaq üçün bizi seçin .

Təşkil edilən konfransin keçirilməsinə ölkənin məşhur estetika və gözəllik mərkəzləri, klinikaları dəstək verib.

Tədbirin sponsorları Araş Shirketi, Estethica gözəllik mərkəzi, ZNK şirkəti, NB Lazur 211 tibb mərkəzi, BTL aesthetics, Gözəl Qadın dünyası idi. Tədbirdə 400 nəfərədək həkim-kosmetoloq, dermatoloq ve plastik cərrah iştirak edirdi.

Ətraflı məlumat üçün :hayal-estetik.com

XƏBƏR LENTİ