Katarakt

Milli Şuranın 11 sentyabrı və ya tükənmiş vədlər

Bütün Xəbərlər
20:02 11.09.2016
2686

Hacıbəy Heydərli

Özünü “Demokratik qüvvələrin Milli Şurası adlandıran qurum növbəti dəfə öz aləmlərində mitinq keçirib. Ona görə öz aləmlərində ki, bu mitinq haqda öz ətraflarından başqa heç kimin xəbəri olmayıb. Xalqımızın Qurban bayramına hazırlaşdığı bir ərəfədə, hər kəsin bayram ab-havasında olduğu bu günlərdə bu adamların səsinə səs verməyəcəyi hər kəsə hava-su kimi aydın idi.

Mitinq haqda çox danışmağa gərək yoxdur, onsuzda bu adamların mitinqinə hər dəfə eyni simalar, eyni adamlar gəlir. Hətta müxalifətin mitinqləri bir-birlərini uzun müddətdir görməyən sevgililərin həsrətlə görüşməsinə bənzəyir, vəziyyət o yerə çatıb ki, şuranın başbilənləri stadionda yad üz görəndə şoka düşürlər, bunu hakimiyyətin təxribatı kimi bilirlər. Əslində özgüvəni və heç bir sosial bazası olmayan şəxslərdən elə ancaq bunu da gözləmək olar. Mitinqdə bir sıra məqamlar diqqətimi çəkdi. İstərdim ki, onu oxucularımızla paylaşım: 1. Milli Şuranın son prezident seçkilərindəki vahid namizədi və sədri Cəmil Həsənli mitinqdə gözə dəymədi, AXCP sədri Əli Kərimlinin onun Avropada olduğunu desə də, orada nə iş gördüyü sual altında qaldı. 2. Mitinqdə hər zamankı ab-hava var idi. Yenə də mitinqlərdə qocalan və gəncliklərini orada məhv edən insanlara rast gəldik. 3. Özlərini kreativ adlandıran gənclərin hazırladığı plakatları isə ən radikal müxalifətçi belə anlamadı. Plakatlardan biri belə idi: “Çayın soyumağına, xalqın soyulmağına” qarşıyıq. Bu plakatı hazırlayan şəxs yaxşı olar ki, belə qafiyəli sözlərini şeir kitabına çevirib, metrolarda satışa çıxarsın, belə etsə daha faydalı iş görmüş olar. 4. Hər zaman olduğu kimi bu dəfə də müxalifətin mitinqində yaşı 18-ə çatmayan uşaqlar, yeniyetmələr var idi. Ancaq polislər haqlı olaraq yetkinlik yaşına çatmayan bu uşaqları stadiona buraxmadı. Ən maraqlısı isə odu ki, Əli Kərimlinin şəxsi bloquna çevrilən “Azadlıq” qəzetinin “facebook” səhifəsi azyaşlı uşağın şəklini paylaşıb, mitinq çağırışı etmişdi. Deyəsən, gənclərdən əli üzülən AXCP sədri indi də uşaqlara keçib...

5. Mitinq referendumla bağlı təyin olunsa da, referenduma təklif olunan dəyişikliklər haqda bir cümlə də işlənmədi. 6. Mitinqdə çıxış edənlərin söz ehtiyatının olmaması, nitqlərinin kasad olduğu hər kəsə bəlli oldu. Hətta NİDA-çı Ülvi Həsənli çıxışını kağızdan oxudu. Bu da insanların gülüşüylə qarşılandı. 

7. AXCP sədri Əli Kərimli bütün mitinqlərdə olduğu kimi, dünənki mitinqə də cangüdənləri ilə qatılmışdı. Əli bəyin kimdən və nə üçün qorunduğu hər kəsi düşündürən məsələlərdəndir.

8. Müsavat partiyası bu mitinqi boykot etsə də, Əli Kərimli çıxışında müsavatçılara da təşəkkür etdi. Eyni zamanda o dindarlarla ateistləri eyni anda salamladı və onun bu hərəkəti sosial şəbəkələrdə böyük narazılıqla qarşılandı. 9. Mitinq təyin olunduğundan 25 dəqiqə gec, 20 dəqiqə isə tez yekunlaşdı. Həmişə olduğu kimi şuraçılar danışmağa yeni adam tapmamışdılar, eyni adamlar, eyni nitqlər, eyni cümlələr. 10. Mitinqdə REAL təşkilatından kimsənin olmaması da diqqət çəkdi. Mitinq iştirakçılarının “müxalifət bir olsun, mitinqi bir etsin” şüarı Əli Kərimlini qıcıqlandırdı və o mövzudan yayındı.

Bütün bu faktlar bir daha onu deməyə əsas verir ki, 11 sentyabr mitinqi digərlərindən heç nə ilə fərqlənmədi. Həmişəki kimi pafoslu çıxışlar, boş vədlər, qarşı tərəfə şər, böhtan yağdırmaq... Azərbaycan xalqı isə 26 sentyabr Referendumu öncəsi bir daha əmin oldu ki, ölkədə sabitliyin və inkişafın qarantı Prezident İlham Əliyevdir, bu adamların isə istəyi yalnız ölkəni qarışdırmaq və təxribatlar törətməkdir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:14 30.07.2021

Türkiyədə meşə yanğınlarında ölənlərin sayı artdı - VİDEO

23:48 29.07.2021

Ceyhun Bayramov: "Bu çətin günlərdə Türkiyənin yanındayıq"

23:33 29.07.2021

Bakıda 71 yaşlı kişinin meyiti aşkarlanııb

23:19 29.07.2021

Kürdəmirdə gənc qız intihara cəhd edib

23:11 29.07.2021

Konfrans Liqası: "Qarabağ" növbəti mərhələyə vəsiqə qazandı

22:44 29.07.2021

Səfirlik: Frənk Pəllonun düzəlişi Azərbaycan-ABŞ tərəfdaşlığına xələl gətirmək yanaşmasını əks etdirir

22:04 29.07.2021

Türkiyədə koronavirusla bağlı son vəziyyət

21:47 29.07.2021

Ərdoğan: Bütün imkanlar meşə yanğınlarının aradan qaldırılmasına səfərbər edilib

21:26 29.07.2021

Son bir həftə ərzində dörd uşağın küçəyə atılmasının səbəbi narkotik istifadəsidir - VİDEO

21:24 29.07.2021

SMA Tunarla bağlı xoş xəbər: 2 milyon dollarlıq iynə vuruldu

21:16 29.07.2021

Peyvənd oluna bilməyənlərin aqibəti necə olacaq? – VİDEO

21:03 29.07.2021

Tokioda koronavirusa yoluxma sayında yenidən rekord qırıldı

20:54 29.07.2021

Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsi ilə Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi müzakirə edib

20:49 29.07.2021

Fermerlərin nəzərinə: Agentlikdən virusla bağlı XƏBƏRDARLIQ

20:32 29.07.2021

İbrahim Kalın: "Meşə yanğınları milli fəlakətdir"

20:12 29.07.2021

Rusiya və Çin genişmiqyaslı hərbi təlimlərə başlayır