Katarakt

'Facebook'dakı şəkli ilə ürəkdağlayan şəhid qızına MƏKTUB

KÖŞƏ
23:20 19.09.2016
8953

Əfsələddin Ağalarov

O əlindəkini bizə ver balaca. Qucaqlama onu, sinənə basdırma. Bəsdi, sil gözünün yaşını. O darağın hər iynəsi sənin sinənə batır, möhkəm basdırma ürəyinə. Sənin dərin incədi, bax göyərir dərin. Gördün neynədin, izi qaldı bax...

(Atasının darağını qucaqlayıb hər gün onun gələcəyini gözləyən ŞƏHİD gizir Rusif Ağayevin qızı Zəhra)

Dur yerdən Zəhra, soyuqdu yer. Sonra qarnın ağrayacaq, sonra yenə xəstələnəcəksən. Qoy onu yerinə. O sənin atan deyil, yoxdu daha sənin atan. O daraqdakı atanın saçının qoxusudur, o da çəkilib gedəcək indilərdə. Elə birazdan olmayacaq o qoxu da. Bəyaqdan burnuna çəkirsən darağın hər iynəsinin arasındakı kəpəklə dolmuş saç qırıntılarını. Birazdan bitəcək o saç qoxusu da, dolacaq ciyərlərinə hamısı.

Dur yerdən, utandırma bu qədər insanı. Sənin atan şəhid oldu, o bir mələk kimi göylərdən sənə baxır. Gör sənə nə qədər böyük bir ad verib – Zəhra. O daraq indi dünya qədər ağırdı qollarında. Gücün çatmaz onu çox daşımağa, qolun ağrayar. Bilirəm, o darağı hər qoxladığında, başını iki dizinin arasına salıb əllərinlə qulaqlarını möhkəmcə tutub qışqırmaq istəyirsən. Bəlkə dərin yuxudan oyanıb qarşında atanı görəsən deyə. Amma yuxuda deyilsən qızım. Bu yuxu deyil, bu sənin həyatla ilk tanışlığın, ilk salamlaşmağındır.

***

Daha heç nə sənin üçün əvvəlki kimi olmayacaq. Məktəbə gedəcəksən, daha da böyüyüb universitetə başlayacaqsan. Atan yanında olmayacaq heç birində. Sən atasının aldığı hədiyyədən danışmaq istəyən qızların sözünü ağzında qoyub dünən baxdığın filmdəki oğlanın qıza necə evlilik təklifi etməyindən danışacaqsan. Dərsdən sonra atasının maşının arxa qapısını açıb oturmaq istəyən tələbə yoldaşının "gəl səni də evə aparaq” sözünə "yox, atam gəlib götürəcək” deyəcəksən. Gülümsəyərək yalan danışacaqsan. Sonra o maşın yerdən tərpənən kimi arxasından çıxan qara tüstü düz burnuna qədər yaxınlaşacaq. Qara, ürəkbulandırıcı qoxunu heç bu qədər əsəblə ciyərlərinə çəkəcəyin ağlının ucuna belə gəlməzdi. Amma o gün çəkəcəksən. Daraqdakı qoxu kimi düz nəfəsinin ən son akkorduna qədər çəkəcəksən ciyərinə.

Amma o gün sənin atan yenə gəlməyəcək maşınla. O gün də metroya düşüb uzun metro qatarlarının ən sonuncu vaqonuna tərəf yaxınlaşacaqsan. Ayağını vaqona atıb gedib düz axırda, küncdə əyləşəcəksən. Üzbəüzündə qoca, ölümünə lap az qalmış bir qadın oturacaq. Corablarındakı palçıq, həftələrlə yuyulmayan düm ağ saçları və əlindəki rəngi qaçmış köhnə, içi boş bazarlıq "klyok”u ən çox diqqətini çəkəcək. Amma sən elə birincidən onun gözlərində zillənib qalacaqsan. Mənasız-mənasız ona baxıb susacaqsan. Heç o qadına baxdığının belə fərqində olmayacaqsan. "Növbəti stansiya...” cümləsində diksinib ayağa duracaqsan. Son anda vaqondan düşüb, qapının arasında qalma təhlükəsindən belə çəkinmədən özünü atacaqsan qatardan yerə. Səndən sonra maşinist qatarın qapısında kiminsə qaldığından qorxuya düşüb o qapıları yenidən açıb bağlayacaq. Sənsə artıq çıxışa doğru son sürətlə addımlamış olacaqsan.

Yenə evin yolun tutacaqsan gözəl qız. Sonra sevəcəksən, seviləcəksən, xəyanətə düçar olacaqsan və mütləq bir ər silləsi sənin də üzünü qızardacaq. Ərindən "məni istədiyin qədər döy, vur, çırp, amma nə olar atamı söymə” deyə xahişlər edəcəksən, yalvaracaqsan. Onun hər istədiyini edəcəksən, təki atanı söyməsin, onu təhqir etməsin deyə.

***

Anan dünyadan köçəndə "o bizə həm ata oldu, həm də ana oldu” deyəcəksən yasa gələnlərə. Ata sözünü belə ana sözündən əvvəl işlədəcəksən. Oysa, sənin anan sənə ilk olaraq atadan çox ana olmuşdu. Amma "ana” sözü ikinci olacaq həmişə.

***

Bax belə, ver indi o darağı bizə. Bu gün sənin düz 5 yaşın tamam olur. İlk dəfə atasız qeyd edəcəksən bu günü. Bu gündən sənin atasızlığın başlayır. Bu gündən artıq o tort sənin üçün heç bir mahiyyət daşımayacaq. Bu gündən bütün şirin şeylərdə sənin üçün bir acı mütləq olacaq. Mütləq...

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:14 30.07.2021

Türkiyədə meşə yanğınlarında ölənlərin sayı artdı - VİDEO

23:48 29.07.2021

Ceyhun Bayramov: "Bu çətin günlərdə Türkiyənin yanındayıq"

23:33 29.07.2021

Bakıda 71 yaşlı kişinin meyiti aşkarlanııb

23:19 29.07.2021

Kürdəmirdə gənc qız intihara cəhd edib

23:11 29.07.2021

Konfrans Liqası: "Qarabağ" növbəti mərhələyə vəsiqə qazandı

22:44 29.07.2021

Səfirlik: Frənk Pəllonun düzəlişi Azərbaycan-ABŞ tərəfdaşlığına xələl gətirmək yanaşmasını əks etdirir

22:04 29.07.2021

Türkiyədə koronavirusla bağlı son vəziyyət

21:47 29.07.2021

Ərdoğan: Bütün imkanlar meşə yanğınlarının aradan qaldırılmasına səfərbər edilib

21:26 29.07.2021

Son bir həftə ərzində dörd uşağın küçəyə atılmasının səbəbi narkotik istifadəsidir - VİDEO

21:24 29.07.2021

SMA Tunarla bağlı xoş xəbər: 2 milyon dollarlıq iynə vuruldu

21:16 29.07.2021

Peyvənd oluna bilməyənlərin aqibəti necə olacaq? – VİDEO

21:03 29.07.2021

Tokioda koronavirusa yoluxma sayında yenidən rekord qırıldı

20:54 29.07.2021

Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsi ilə Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi müzakirə edib

20:49 29.07.2021

Fermerlərin nəzərinə: Agentlikdən virusla bağlı XƏBƏRDARLIQ

20:32 29.07.2021

İbrahim Kalın: "Meşə yanğınları milli fəlakətdir"

20:12 29.07.2021

Rusiya və Çin genişmiqyaslı hərbi təlimlərə başlayır