Kiyev şəhər administrasiyasının binası qarşısında mer Vitali Kliçkonun istefasını tələb edən aksiya başlayıb.
Bu barədə UNİAN məlumat yayıb.
Aksiya iştirakçıları V.Kliçkonun paytaxtı payız və qış mövsümünə lazımi səviyyədə hazırlamadığını bildiriblər.
Hadisə yerinə merin tərəfdarlarından ibarət dəstə də gəlib. Polis təxribatların qarşısını almaq üçün onları təhlükəsiz məsafəyə çəkilməyə çağırıb, lakin həmin şəxslər ərazini tərk etməkdən imtina ediblər.
///teleqraf///











































