Zelenski ABŞ-nin Rusiyaya qarşı sanksiyaları ləğv etməyə davam edəcəyini düşünür

Zelenski ABŞ-nin Rusiyaya qarşı sanksiyaları ləğv etməyə davam edəcəyini düşünür
DÜNYA
16:10 17.10.2026
177
ABŞ-nin Rusiyaya qarşı sanksiyaları ləğv etməsi prosesi davam edəcək, dizel razılaşması sadəcə ilk addım idi.

AZXEBER.COM xəbər verir ki, "UNIAN"ın xəbərinə görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

"Təəssüf ki, onlar bu yolla Putini dayandıra bilməyəcəklər. Əksinə, o bu cür dəstək aldığına görə xoşbəxtdir”, - Zelenski bildirib.

O, ABŞ prezidenti Donald Trampın Rusiyanın hücumlarını dayandırmaq üçün hər şeyi edəcəyinə ümidvar olduğunu da dilə gətirib.

Zelenski müharibənin dayandırılmasına Rusiyaya qarşı təzyiqi azaltmaqla nail olmağın mümkün olmadığını da vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Rusiya və İrana qarşı sanksiyaların şiddətləndirilməsini nəzərdə tutan "Lindsi Qrehem Aktı”nın qüvvəyə minməsindən bir neçə gün əvvəl Moskvanın bu aktdan kənarda saxlanılması ilə bağlı qərar imzalayıb.

Tramp bir müddət əvvəl Rusiyanın dünya bazarına 300 000 ton dizel çıxaracağını da elan edib.

APA///
OXŞAR XƏBƏRLƏR