Husilər Yəmən hökumətinə bağlı əsir götürülmüş 159 nəfəri azad edib

Husilər Yəmən hökumətinə bağlı əsir götürülmüş 159 nəfəri azad edib
DÜNYA
17:29 17.10.2026
144
Husilər təktərəfli olaraq 159 nəfər əsiri azad edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsi məlumat yayıb.

Bildirilib ki, təşkilat hər bir əsirlə azad edilməmişdən əvvəl söhbət aparıb, ailələrinə xəbər verib və onlara evə qayıtmaq üçün kömək təklif edib.

Qeyd edək ki, Yəməndə Husilər və Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri arasında döyüşlər gedir.
OXŞAR XƏBƏRLƏR