12:28 çərşənbə, 29 Yanvar 2020
SOSİAL

Sabah qar yağacaq, şaxta olacaq

14:26, 06.12.20192004
Sabah qar yağacaq, şaxta olacaq
Azərbaycanda sabaha gözlənilən hava şəraitə açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM verilən məlumata görə, dekabrın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 10-13, Bakıda gecə 3-5, gündüz 10-12 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 773 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin Lənkəran-Astara zonasında yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə isə 7-8-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ