Sahibə Qafarova Türkmənistan Xalq Məsləhətinin sədri ilə görüşüb

Sahibə Qafarova Türkmənistan Xalq Məsləhətinin sədri ilə görüşüb
SOSİAL
17:29 16.07.2025
570
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun başçılıq etdiyi nümayəndə heyəti iyulun 16-da Milli Məclisdə olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZXEBER.COM-a bildiriblər ki, Xalq Məsləhətinin sədri əvvəlcə Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Ulu Öndər Heydər Əliyevin adını daşıyan xatirə zalına gələn qonaqlar burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlara baxıblar. Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov buradakı Xatirə kitabına ürək sözlərini yazıb.

Sonra geniş tərkibdə görüş keçirilib.

Milli Məclisin sədri Sahibə Qafarova bu səfərin ölkələrimiz arasında münasibətlərin inkişafı və möhkəmlənməsi işinə xidmət edəcəyinə inamını bildirib.

S.Qafarova qeyd edib ki, xalqlarımızın ortaq tarixi, mədəni, dil, din və ailə dəyərləri, oxşarlıqları ölkələrimiz arasında münasibətlərin təməlini təşkil edir. Müstəqillik qazandıqdan sonra məhz bu möhkəm təməl üzərində ölkələrimiz arasında geniş münasibətlər qurulub.

Bildirilib ki, dövlətlərarası əlaqələrin möhkəmləndirilməsində və dərinləşdirilməsində qarşılıqlı səfərlər və ali səviyyədə görüşlər müstəsna rol oynayır.

Qeyd olunub ki, Azərbaycan və Türkmənistan bir sıra beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edirlər. Türkmənistan tərəfinin Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi təşəbbüslərinə daimi dəstəyi yüksək qiymətləndirilir.

Azərbaycan və Türkmənistan arasında iqtisadi sahədə də tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün möhkəm təməl mövcuddur, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlıq uğurla inkişaf edir. Bununla yanaşı, ölkələrimiz arasında humanitar əməkdaşlıq da xüsusi məna və xarakter kəsb edir.

Azərbaycan və Türkmənistan parlamentlərinin fəaliyyəti barədə danışan S.Qafarova deyib ki, qarşılıqlı səfərlər, parlament sədrlərinin və qanunvericilərin görüşləri bu əməkdaşlığa mühüm təkan verir. Parlamentlərarası əlaqələr üzrə dostluq qrupları birgə fəaliyyətləri və əməkdaşlıqları ilə parlamentlər arasında körpü rolunu oynayır.

Qeyd olunub ki, iki ölkənin parlamentarilərinin həm ikitərəfli formatda, həm də parlamentlərarası qurumlar çərçivəsində qarşılıqlı fəaliyyətinin genişləndirilməsi Azərbaycan və Türkmənistan arasında münasibətləri daha da intensivləşdirməyə kömək edəcək.

Ölkəmizə səfərindən məmnunluqla danışan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov bu səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi görüş və aparılmış müzakirələr barədə yüksək təəssüratlarını bölüşüb.

Xalqlarımızın və dövlətlərimizin türk ailəsinin üzvləri kimi dünya siyasətinə verdiyi mühüm töhfələrdən danışan qonaq COP29-un Azərbaycanda yüksək səviyyədə keçirilməsinə və mühüm məsələlərin müzakirəsinə görə bir daha təbriklərini çatdırıb.

O, regional məsələlər, gender məsələləri, gənclər siyasəti, iqtisadi əlaqələr, Hökumətlərarası komissiyanın fəaliyyəti, parlament diplomatiyası, parlamentlərarası dialoq və digər mövzular barəsində fikirlərini bölüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir aylıq "qardaş" qaralama kampaniyası
19:31 29.10.2026
Bir aylıq "qardaş" qaralama kampaniyası
İspaniyada qatar nasazlıq səbəbindən tuneldə qalıb
19:27 29.10.2026
İspaniyada qatar nasazlıq səbəbindən tuneldə qalıb
Kapadokiyada qaya uçub - 2 nəfər ölüb
19:06 29.10.2026
Kapadokiyada qaya uçub - 2 nəfər ölüb
Zaur Rzayev vəfat etdi
19:01 29.10.2026
Zaur Rzayev vəfat etdi
İsraildən Rumıniyaya yük daşıyan gəmi Qara dənizdə batıb
18:50 29.10.2026
İsraildən Rumıniyaya yük daşıyan gəmi Qara dənizdə batıb
"Reuters": İran sanksiyalardan yayınaraq 2 milyard dollardan çox hərbi avadanlıq idxal edib
18:36 29.10.2026
"Reuters": İran sanksiyalardan yayınaraq 2 milyard dollardan çox hərbi avadanlıq idxal edib
Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
18:23 29.10.2026
Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
İƏT-in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşüb
18:13 29.10.2026
İƏT-in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşüb
Avropa Mərkəzi Bankının prezidenti fevralda vəzifəsindən ayrılacaq
18:11 29.10.2026
Avropa Mərkəzi Bankının prezidenti fevralda vəzifəsindən ayrılacaq
Diplomatiyada qarşılıqlılıq yaddaşı nə deməkdir? - İZAH
18:02 29.10.2026
Diplomatiyada qarşılıqlılıq yaddaşı nə deməkdir? - İZAH
Elm və Təhsil Nazirliyi Daşkənddə keçirilən yüksək səviyyəli tədbirlərdə təmsil olunub
17:47 29.10.2026
Elm və Təhsil Nazirliyi Daşkənddə keçirilən yüksək səviyyəli tədbirlərdə təmsil olunub
“Parker Russell Azerbaijan” “2026-cı ilin ən yaxşı konsaltinq şirkəti” mükafatına layiq görülüb - FOTO
17:43 29.10.2026
“Parker Russell Azerbaijan” “2026-cı ilin ən yaxşı konsaltinq şirkəti” mükafatına layiq görülüb - FOTO
Diplomatiyanın qarşılıqlılıq prinsipi: 2024-cü ildə niyə Şuşa yox, Berlin üstün tutuldu?
17:38 29.10.2026
Diplomatiyanın qarşılıqlılıq prinsipi: 2024-cü ildə niyə Şuşa yox, Berlin üstün tutuldu?
İlham Əliyev İspaniyanın Kralına başsağlığı verib
17:34 29.10.2026
İlham Əliyev İspaniyanın Kralına başsağlığı verib
Elm və Təhsil Nazirliyi Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib
17:29 29.10.2026
Elm və Təhsil Nazirliyi Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib
Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipi
17:19 29.10.2026
Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipi