16:50 şənbə, 16 Dekabr 2017
SOSİAL

Bakıda sərnişinlər saatlarla yolda qaldı: 214 nömrəli avtobus "yoxa çıxıb"

14:10, 19.09.20171637
Bakıda sərnişinlər saatlarla yolda qaldı: 214 nömrəli avtobus
Son zamanlar şəhərdaxili nəqliyyat vasitələrindən şikayətlərin sayı artır.
 
AZXEBER.COM-a müraciət edən sərnişinlərdən biri 214 saylı marşrutdan şikayətçidir. 
 
Redaksiyamıza Sabunçu rayonu yeni Ramana qəsəbəsindən Şuşa qaçqınlarının məskunlaşdığı Şuşa şəhərciyinə gedən yeganə marşrut olan 214 saylı avtobusun fəaliyyətindən şikayət daxil olub. Sakinlər marşrutun gecikməsi və sayının az olmasından şikayətlənərək qeyd ediblər ki, səhər dərsə və işə gedənlər marşrutun gecikməsinə görə işə gecikir.
 
Nəticədə həmin ərazinin sakinləri yollarda qalır: "İmkanı olan insanlar taksi ilə gedir, imkanı olmayanlar isə məcbur olub qanunsuz fəaliyyət göstərən marşrutla getmək istədikdə isə 214 saylı marşrut xəttinin sahibəsi İradə xanımın adamları sürücünü döyür və biz yenə də bunda istifadə edə bilmirik".
 
Dəfələrlə marşrut xəttinin sahibəsi İradə xanıma və Bakı Nəqliyyat Agentliyinə ərizə ilə müraciət etsək də, heç bir nəticəsi olmayıb. 

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti Mais Ağayevlə əlaqə saxladıq. Qurum rəsmisi açıqlamasında marşrut xəttində avtobusların sayının ümumi uzunluğa uyğun olduğunu deyib: "214 saylı marşrut xəttiylə bağlı bildirmək istəyirəm ki, hazırda xətt üzrə 20 nəqliyyat vasitəsi 6 dəqiqəlik intervalla fəaliyyət göstərir. Günün pik saatlarında, yəni axşam və səhər saatlarında intervalda müəyyən gecikmələr olur. Bu da həmin marşrut xəttinin keçdiyi yollardakı vəziyyətlə bağlıdır.
 
Qeyd edək ki, şikayətçi iddia edir ki, bu marşrutun sahibi keçmiş Nəqliyyat Naziri Ziya Məmmədova yaxın şəxsdir və bu səbəbdən heç kim ona irad bildirmir. 
0
XƏBƏR LENTİ