BAKU AZƏRBAYCAN
13°C
euro 1.8595
dollar 1.7000
rubl 0.0229
lirə 0.2543

9 il əvvəl qətl törədən şəxs bu gün saxlanıldı

9 il əvvəl qətl törədən şəxs bu gün saxlanıldı
SOSİAL
18:38 26.02.2020
2275
Zaqatalada 9 il əvvəl qətl törədən şəxs saxlanılıb.
 
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, Zaqatala Rayon Polis və Prokurorluq əməkdaşlarının birgə keçirdikləri istintaq əməliyyat-axtarış tədbirləri nəticəsində 9 il əvvəl qətl törədən şəxs saxlanılıb. Belə ki, 2011-ci ildə Zaqatala şəhər sakini S.Eyyubovanı yaşadığı evdə bıçaqla qətlə yetirərək hadisə yerindən yayınan şəxsin Gəncə şəhər sakini Polad İsmayılov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və törətdiyi cinayət əməlini etiraf edib.
 
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR