“Oleq Bakinski” məhkəmədə son söz deyib

“Oleq Bakinski” məhkəmədə son söz deyib
SOSİAL
18:04 18.07.2025
546
Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən "Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivin və ukraynalı sabiq nazir müavini Konstantin Kuçerin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

"Report" xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Oleq Bakinski son sözlə çıxış edib.

O bildirib ki, ittiham olunduğu əməli törətməyib:

"Son sözüm odur ki, mən bu əməli törətməmişəm. Mənim üstümə şər atıblar. Şahidlər də bunu təsdiqlədi. Sizdən xahişim odur ki, mənə bəraət verəsiniz".

Kuçer Konstantin son söz üçün vaxt istəyib.

Proses iyulun 25-nə təxirə salınıb.

Qeyd edək ki, prokuror ötən prosesdə çıxış edərək Konstantin Kuçerin 14 il, Oleq Krapivinin isə 3 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Qeyd edək ki, "Oleq Bakinski” ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə yekun ittiham irəli sürülüb. Barəsində ibtidai istintaqda seçilmiş həbs qətimkan tədbiri məhkəmənin gedişində ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.

Cinayət işi üzrə "Oleq Bakinski” ilə yanaşı, 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinir. Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham verilib.

Zərərçəkən qismində "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipi
17:19 29.10.2026
Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipi
Bakıda idmançı məşq zamanı öldü
17:17 29.10.2026
Bakıda idmançı məşq zamanı öldü
Bakı dünya futbolunun mərkəzində: FIFA U-15 Azərbaycan üçün niyə önəmlidir?
17:17 29.10.2026
Bakı dünya futbolunun mərkəzində: FIFA U-15 Azərbaycan üçün niyə önəmlidir?
Ceyranbatanda 10 şagird zəhərləndi
16:54 29.10.2026
Ceyranbatanda 10 şagird zəhərləndi
Məktəbdə jurnalisti döyən 3 nəfərə cinayət işi açıldı - DİN-dən rəsmi açıqlama
16:40 29.10.2026
Məktəbdə jurnalisti döyən 3 nəfərə cinayət işi açıldı - DİN-dən rəsmi açıqlama
30 il öncə Ramiz Mehdiyevə “İblis” deyən yazıçı danışdı: “Heydər Əliyev mənə dedi ki..”
16:22 29.10.2026
30 il öncə Ramiz Mehdiyevə “İblis” deyən yazıçı danışdı: “Heydər Əliyev mənə dedi ki..”
Hacıbəy Heydərli: Jurnalistlərə qarşı zorakılıq heç bir halda qəbul edilə bilməz
16:16 29.10.2026
Hacıbəy Heydərli: Jurnalistlərə qarşı zorakılıq heç bir halda qəbul edilə bilməz
Prezident Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
16:08 29.10.2026
Prezident Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
Əli Əsədov Gürcüstanda səfərdədir
16:01 29.10.2026
Əli Əsədov Gürcüstanda səfərdədir
“Gəlin-qaynana münasibətlərində də ciddi problemlər var”
15:43 29.10.2026
“Gəlin-qaynana münasibətlərində də ciddi problemlər var”
Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA
15:35 29.10.2026
Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA
Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR
15:32 29.10.2026
Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR
Avtomobil saxlamaq ayda neçəyə başa gəlir? – ARAŞDIRMA
15:24 29.10.2026
Avtomobil saxlamaq ayda neçəyə başa gəlir? – ARAŞDIRMA
Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?
15:19 29.10.2026
Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?
Şimali Kipr Türk Cümhuriyyətindən Fələstin prezidentinə sərt - REAKSİYA
15:16 29.10.2026
Şimali Kipr Türk Cümhuriyyətindən Fələstin prezidentinə sərt - REAKSİYA
Qan qruplarına görə insan xasiyyəti
15:10 29.10.2026
Qan qruplarına görə insan xasiyyəti