xari

AmEx ödəniş kartı əldə etmək üçün əla fürsət!

İQTİSADİYYAT
15:59 20.11.2020
302
"American Express” beynəlxalq kart təşkilatının Azərbaycandakı yeganə tərəfdaşı olan Azərbaycan Beynəlxalq Bankı AmEx kartlarından istifadənin müştərilərə daha sərfəli olması üçün yeni kampaniyaya başlayıb.

AZXEBER.COM xəbər verir ki, 30 dekabr tarixinə qədər davam edəcək kampaniya müddətində müştərilər AmEx kartı hesabına 100 manat, yaxud kartın valyutasından asılı olaraq 100 ABŞ dolları məbləğində vəsait mədaxil etdikdə 3 illik AmEx Green, 300 manat (yaxud 300 ABŞ dolları) vəsait mədaxil etdikdə isə 3 illik AmEx Gold kartı hədiyyə qazanacaqlar.

Qeyd edək ki, hazırda Azərbaycan Beynəlxalq Bankı ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. Bank öz müştərilərinə "VISA", "MasterCard", "American Express" və Union Pay beynəlxalq ödəniş sistemlərinin müxtəlif kart çeşidlərini təklif edir. Xarici tərəfdaşları ilə birgə həyata keçirilən innovativ layihələri ilə ölkəmizdə ödəniş infrastrukturunun inkişafına töhfə verir. Azərbaycan Beynəlxalq Bankı müştərilərə "American Express" ödəniş kartlarını təklif edən ilk və yeganə Azərbaycan bankıdır.

Azərbaycan Beynəlxalq Bankı həm də ölkədə ən geniş ATM şəbəkəsinə malik bankdır. Hazırda Bankın Azərbaycanın müxtəlif regionlarını əhatə edən 850-ə yaxın ATM-i, ticarət və xidmət müəssisələrində isə 13 mindən çox POS terminalı var. Bank öz kart sahiblərinə müxtəlif ticarət və xidmət məkanlarında nağdsız ödənişlər zamanı kəşbək imkanları yaradır.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məsafədən xidmət imkanları barədə məlumatları www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:35 15.01.2021

Belçikada itkin düşən azərbaycanlı müəllimin meyiti tapıldı - FOTO

22:23 15.01.2021

Vilayət Eyvazovdan yeni TƏYİNAT

21:54 15.01.2021

Qənirə Paşayeva “Qarabağ” Ordenli şəhid mayorun xanımı ilə görüşüb

21:28 15.01.2021

Azərbaycan XİN:"Ermənistan beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir"

20:56 15.01.2021

İqtisadi Şuranın növbəti iclası keçirilib

20:29 15.01.2021

Prezident: Əminəm ki, Polad gəlib atasının evini bərpa edəcəkdir – VİDEO

20:07 15.01.2021

BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq

19:49 15.01.2021

İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”

19:32 15.01.2021

İlham Əliyev, Mehriban Əliyeva və qızları yenidən Cıdır düzündə olublar - FOTOLAR

19:30 15.01.2021

İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"

19:18 15.01.2021

Prezident Cıdır düzündə paxlava ilə çay içib: "Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun!"

19:04 15.01.2021

“Azəriqaz”: Heç bir abonentə sərfiyyatdan artıq borc yazılmır

18:43 15.01.2021

Ceyhun Bayramovun finlandiyalı həmkarı ilə telefon danışığı olub

18:29 15.01.2021

Bayden pandemiyaya görə amerikalılara ödənən pulu artırmağı təklif etdi

18:18 15.01.2021

Monitorinq mərkəzində 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək - Çavuşoğlu

17:49 15.01.2021

Azərbaycan və Rusiya XİN başçıları Qarabağla bağlı məsələni müzakirə etdilər