Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib

Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
İQTİSADİYYAT
15:57 17.07.2025
658

Unibank 2025–2029-cu illəri əhatə edən genişmiqyaslı Dayanıqlılıq Strategiyasını və ona əsaslanan Dayanıqlılıq Siyasətini təsdiq edib.

AZXEBER.COM xəbər verir ki, bu sənədlər bankın milli prioritetlərə, beynəlxalq ESG standartlarına və bazar trendlərinə uyğun uzunmüddətli dəyər yaratmaq məqsədi daşıyan fəaliyyət istiqamətlərini əhatə edir. Strategiya, dayanıqlı maliyyə sahəsində beynəlxalq qabaqcıl təcrübələrə uyğunluğun təmin edilməsi məqsədilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən nəzərdən keçirilib.

Sənədin hazırlanması yaşıl iqtisadiyyatın təşviqi, COP29 və Paris Sazişi çərçivəsində iqlim öhdəlikləri, həmçinin "Azərbaycan 2030” Milli Prioritetləri fonunda bank sektorunun artan rolu ilə əlaqədar aktuallıq qazanıb. Bununla yanaşı, Mərkəzi Bankın dayanıqlı maliyyə sahəsində verdiyi tövsiyələr və beynəlxalq tərəfdaşların gözləntiləri nəzərə alınaraq, Unibank bu istiqamətdə sistemli və strateji yanaşmanı əsas götürüb.

Strategiya beş əsas istiqamət üzrə formalaşdırılıb: korporativ idarəetmə və mədəniyyət, dayanıqlı maliyyə məhsulları, risklərin idarə edilməsi, maraqlı tərəflərlə əməkdaşlıq və şəffaflıq. Hər bir istiqamət bankın ESG hədəflərinə uyğundur və 6 Dayanıqlı İnkişaf Məqsədinə birbaşa və dolayı töhfə verməyi hədəfləyir. Eyni zamanda Unibank dayanıqlılığın korporativ idarəetməyə inteqrasiyası üzrə qabaqcıl beynəlxalq təcrübə və tövsiyələr əsasında institusional strukturu formalaşdırıb. Müşahidə Şurası və İdarə Heyəti səviyyəsində müvafiq komitələr yaradılıb, strategiyanın icrasına nəzarət və koordinasiya mexanizmləri müəyyən edilib.

Unibank artıq bu istiqamətdə konkret addımlar atmağa başlayıb. 2024-cü ildə bank ölkədə ilk dəfə beynəlxalq standartlara uyğun yaşıl istiqraz emissiyasını həyata keçirib. Həmçinin, qabaqcıl beynəlxalq təcrübəni əsas götürərək, yaşıl və sosial layihələrin seçilməsi, dayanıqlı maliyyə alətlərinin gəlirlərinin istifadəsi və onların açıqlanması ilə bağlı əsas prinsipləri müəyyən edən Dayanıqlı Maliyyə Çərçivəsi hazırlanıb və 19 iyul 2024-cü il tarixində Müşahidə Şurası tərəfindən təsdiqlənib.

Strategiyanın icrası barədə məlumatlar "Unibank”ın rəsmi saytında dayanıqlılıq məsələlərinə həsr olunmuş hissədə mütəmadi olaraq paylaşılacaq.

Ətraflı: https://unibank.az/az/sustain/index 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:07 08.11.2026
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
18:55 08.11.2026
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb