19:27 Cümə, 06 Dekabr 2019
GƏNCLİK

"Aprel döyüşləri qəhrəmanlarımızı unutmayaq!" adlı layihə keçirildi

22:38, 22.02.20194183
Azərbaycan Maarifçi Gənclər Təşkilatı Azərbaycan Gənclər Fondunun Maliyyə Dəstəyi ilə  Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş  şəhidlərimiz  Gizir Pəncəli  Teymurov, əsgərlərimiz  Rəvan Murayev və Ülvin Məmmədov  barədə sənədli film lentə alınıb.
 
AZXEBER.COM xəbər verir ki, aprel döyüşləri qəhrəmanlarımızı unutmayaq! adlı layihə çərçivəsində  qəhrəmanlarımız oxuduqları məktəblərdə onlar haqqında işıq üzü görmüş sənədli filmin təqdimatını keçirməklə gənclər arasında maarifçilik işinin aparılması nəzərdə tutlulub. 

3 ay davam edən layihə çərçivəsində lentə alınmış sənədli film disklərdə çoxaldılmış, aprel döyüşlərində qəhrəmanlıq göstərmiş şəhidlərimiz barədə məlumatı özündə əks etdirən maarifləndirici bukletlər hazırlanıb.
 
Layihənin yekunu olaraq 06 fevral 2019-cu ildə Astara rayonu B.Rüstəmov Asxanakəran tam orta məktəbində, 08 Fevral 2019-cu il tarixdə Zakatala rayonu Muxax kənd 1 saylı orta məktəbində  və  18 fevral 2019-cu ildə Masazır qəsəbəsi Çıraqlı kənd orta məktəbində Laçın rayonundan qəhrəmancasına şəhid olmuş Ülvin Məmmədov haqıında sənədli filmin geniş təqdimatı keçirilib.
 
Hər üç tədbirdə Rayon İcra Hakimiyyətinin, kənd icra nümayəndiliyinin, bələdiyyənin nümayəndələri ilə yanaşı məktəbin müəllim və şagird heyəti və ən əsas Qəhrəman Şəhidlərimizin ailə üzvləri iştirak etmişdir.  Məktəblərdə  yüksək şəkildə təşkil olunmuş təqdimatda şagirdlər Şəhidlərimiz  haqıında və vətənpərvərlik mövzusunda şerlər səsləndirdilər.  Astara rayonunda tədbrin sonunda Pəncəli Teymurovun qəbri və  ev muzeyinə ziyarət təşkil edilib. 
Layihə çərçivəsində 300 nəfər iştirakşı nəzərdə tutlmasına baxmayaq  layihəyə maraq çox böyük oldu və 500 nəfər iştirkçı tədbirlərə qatıldı. Bu tədbrlərin təşkilndə əsas məqsəd bu gün gənclərin yaxın tariximiz olan aprel döyüşlərində şəhid olmuş qəhrəmanlarımızı unutmamasıdır. Layihənin sonunda iştirakşılara maarifləndirici bukletlər və sənədli filmin diskləri paylanılıb.
 
Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Maarifçi Gənclər Təşkilatışəhidlərimizn ruhu qarşısında az da olsa bir iş görmüş oldu və layihəni uğurla başa vurub. 

Vətən uğrunda ölən varsa vətəndir! İnşallah Qarabağ tezliklə alınacaq və bu qəhrəmanlarımız adı Qarabağda küçələrə, məktəblərə verilərək daim yad ediləcək! 
 
 

 

 

 

 

 

 

 


XƏBƏR LENTİ