04:48 şənbə, 21 Sentyabr 2019
İDMAN

"Arsenal" və "Çelsi"dən şok hərəkət: Biletləri geri qaytarırlar

13:26, 23.05.20194282

Avropa Liqasının Bakıda keçiriləcək final matçının iştirakçı komandaları onlara ayrılan biletlərin bir hissəsindən imtina etməyi planlaşdırır.

"Arsenal" və "Çelsi" ümumilikdə 6000-dən çox bilet qaytaracaqlar, çünki müvafiq olaraq 3500 və 2000 bilet sata biliblər.

UEFA ümumilikdə klubların hər birinə 5800 bilet ayırıb ki, bu da finalın keçiriləcəyi stadionda yer tutumunun 10 faizini təşkil edir. Qərar guya Bakı aeroportunun buraxılış imkanlarının aşağı olması ilə əlaqədar qəbul edilib.

Həmçinin 2000 biletin ayrıldığı UEFA sponsorları analoji problemlə üzləşiblər.

Qaytarılan biletlər yenidən satışa çıxarılacaq. /// offsideplus.az

XƏBƏR LENTİ