"Neftçi" futbol klubu yarımmüdafiəçi Cordan Rezabala ilə vidalaşıb. AZXEBER.COM xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, ekvadorlu yarımmüdafiəçi "Neftçi"yə ötən ilin yayında transfer olunub. O, Bakı kollektivinin heyətində 26 rəsmi oyun keçirib.