ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları genişləndirib

ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları genişləndirib
DÜNYA
23:03 23.11.2026
49
ABŞ İrana sanksiyalar siyahısını genişləndirərək səkkiz fiziki şəxsi və 22 şirkəti də ora daxil edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin qurumun saytında dərc edilmiş bildirişində qeyd olunub.

Sənədə əsasən, məhdudiyyətlərə məruz qalan bütün fiziki şəxslər İran vətəndaşlarıdır. Barəsində sanksiyalar tətbiq edilmiş şirkətlər İranda, BƏƏ-də, Honkonqda və digər ölkələrdə qeydiyyatdan keçib.

Onların arasında "Rahbar" və "Rahbar Bazargani Nesim Baharan Qeshm Company" şirkəti, eləcə də onun adından və ya maraqları naminə fəaliyyət göstərən vəzifəli şəxslər Vəliulla Hemməti, Seyid Məhəmməd Cəlali və Əli Kəlxor, "Mina Fashki and Partners Exchange Company", "Mellat Exchange Company" maliyyə şirkətləri, eləcə də onlarla əlaqəli olan Mina Fəşki, Fərzad Fəşki, Mahmud Əxlaqi, Pərviz Fəzlcü və Məhəmməd Hüseyn Abbasi, həmçinin İran Valyuta və Qızıl Mübadiləsi Mərkəzi, "Robust Trading LLC", "Integral Petro Energy Trading LLC", "Royah Altahabia Trading L.L.C", "Alam Al Sahra Building Materials Trading Co. L.L.C", "Berkeley Trading LLC" və "Nordic International Trading LLC" ticarət təşkilatları var.

Sanksiya siyahısına daxil edilmə adıçəkilən şəxslərin ABŞ-dəki aktivlərinin bloklanmasını nəzərdə tutur, eləcə də Amerika vətəndaşlarına və şirkətlərinə onlarla işgüzar münasibətlər aparmağı qadağan edir.
OXŞAR XƏBƏRLƏR