UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində Bakıda "Sabah"ın qonağı olacaq İspaniyanın "Barselona" komandası oyuna ciddi itkilərlə çıxacaq.
Kataloniya təmsilçisinin heyətində 2 aparıcı futbolçu avrokubok matçını buraxacaq.
Məlumata görə, müdafiəçi Andreas Kristensen və yarımmüdafiəçi Rodri zədə səbəbindən "Sabah"la görüşdə iştirak etməyəcəklər.
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.
///Sfera.az











































