İcra başçısının satıcılarla səmimi söhbəti: Halallığını ver

İcra başçısının satıcılarla səmimi söhbəti: Halallığını ver
SOSİAL
23:38 22.11.2026
43
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun bazarda satıcılarla söhbəti sosial şəbəkələrdə gündəm olub.

İcra başçısı bazara baş çəkərək satıcılarla söhbətləşib, məhsulların qiyməti, satış vəziyyəti və gündəlik ticarətlə maraqlanıb.

O, satıcılardan birinə müraciət edərək götürdüyü məhsulun halallığını istəyib.

Videoda icra başçısının sakinlərlə söhbət zamanı azı iki nəfər yaşlı vətəndaşa "sən" deyə müraciət etdiyi görünür. Azərbaycanda yaşlı insanlara və özündən böyüklərə "siz" deyə xitab etmək hörmət ifadəsidir. Səmimi söhbətdə də bu müraciət formasını qorumaq mümkündür.
 
///modern.az
OXŞAR XƏBƏRLƏR