Azər Niftiyevdən DİM-ə etiraz: “Məndən alınan 1 balın hesabını verin”

Azər Niftiyevdən DİM-ə etiraz: “Məndən alınan 1 balın hesabını verin”
SOSİAL
19:49 22.11.2026
78
"DİM, məndən aldığın 1 balın hesabını ver! Bu gün qiymətləndirmə üzrə Dövlət İmtahan Mərkəzinin (DİM) sayca 9-cu imtahanında iştirak etdim”.
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri tanınmış jurnalist, Azərbaycan Qiymətləndiricilər Palatasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Azər Niftiyev deyib.

O qeyd edib ki, rəsmi proqram üzrə hazırlaşsa da, imtahanda nəzəri və məzmun baxımından ciddi suallar doğuran testlərlə qarşılaşıb: "Əvvəlcə qeyd edim ki, mən Qiymətləndiricilər Palatasında qiymətləndirici kimi deyil, İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri kimi fəaliyyət göstərirəm. Birbaşa qiymətləndirmə təcrübəm olmasa da, bu sahədə biliklərimi yoxlamaq üçün imtahana qatıldım. DİM-in əvvəlki imtahanların suallarını gizli saxlaması səbəbindən real imtahan nümunələri əsasında hazırlaşmaq mümkün olmadı. Rəsmi proqram və ədəbiyyat üzrə hazırlaşdım. Lakin imtahanda proqramda nəzərdə tutulan mövzuların əhəmiyyətli hissəsi yox idi. Əvəzində, nəzəri və məzmun baxımından ciddi suallar doğuran testlərlə qarşılaşdıq”.

A.Niftiyev vurğulayıb ki, imtahanda keçid balı 30 olduğu halda ona 29 bal yazılıb və qurumdan qiymətləndirmənin şəffaflığını təmin etməyi tələb edir: "İmtahanqabağı süni intellekt sınaqlarında 50+ bal toplayırdım. Nəticəm isə 29 bal oldu. Keçid balı 30! DİM, mən güzəşt istəmirəm, obyektivlik tələb edirəm! Sualları və düzgün cavabları açıqlayın, qiymətləndirmənin şəffaflığını təmin edin. Mənim tələbim sadədir: məndən əsassız şəkildə alınan 1 balın hüquqi və obyektiv əsaslarla bərpası! Bir baldır, amma məsələ prinsip, şəffaflıq və ədalət məsələsidir!”
OXŞAR XƏBƏRLƏR