Premyer Liqa: "Kəpəz" evdə "Qarabağ"la heç-heçə edib

Premyer Liqa: "Kəpəz" evdə "Qarabağ"la heç-heçə edib
İDMAN
18:58 22.11.2026
66
Misli Premyer Liqasının XII turunda "Kəpəz" Gəncə stadionunda "Qarabağ"ı qəbul edib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada hesab açılmayıb.

Görüşdə cari mövsümün azarkeş rekordu qırılıb və matçı tribunadan 16 minə yaxın azarkeş izləyib.

"Qarabağ" 20 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. "Kəpəz" isə 18 xalla altıncıdır.

Xatırladaq ki, XII turun əvvəlki oyunlarında "İmişli" "Zirə" ilə heç-heçə (2:2) edib. "Sabah" səfərdə "Sumqayıt"ı (5:1), "Turan Tovuz" "Şamaxı"nı (2:0), "Qəbələ" "Şəfa"nı (2:0), "Neftçi" isə "Araz-Naxçıvan"ı (3:1) məğlub edib.
OXŞAR XƏBƏRLƏR