“Qalatasaray”ın baş məşqçisi meydandan qovuldu

“Qalatasaray”ın baş məşqçisi meydandan qovuldu
İDMAN
22:23 21.11.2026
67
Super Liqanın 12-ci turunda "Qalatasaray”- "Samsunspor” matçının son fiti səsləndikdən sonra baş verənlər gündəm olub.

Matç başa çatdıqdan sonra hakim Ali Şansalanla əl sıxmayan "Qalatasaray”ın baş məşqçisi Okan Buruk ikinci sarı vərəqin ardından qırmızı kartla meydandan kənarlaşdırılıb.

Bu qırmızı vərəqə ilə təcrübəli mütəxəssis, Super Liqanın 13-cü turunda "Qalatasaray”ın "Beşiktaş”a qarşı keçirəcəyi derbi matçında komandasına kənardan rəhbərlik edə bilməyəcək.

Qeyd edək ki, "Qalatasaray” öz meydanında "Samsunspor”u 2-1 hesabı ilə məğlub edib.
 
///"Qafqazinfo”
OXŞAR XƏBƏRLƏR